...

“Şamaxı”nın müdafiəçisi U-21-ə dəvət olunub

İdman Materials 17 Noyabr 2025 18:17 (UTC +04:00)

Bakı. Trend:

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına yeni futbolçu dəvət olunub.

Trend xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Fransa ilə keçirilən oyunlar zamanı millinin düşərgəsində olan “Şamaxı”nın müdafiəçisi Rüfət Abbasov U-21-in heyətinə cəlb edilib.

Qeyd edək ki, U-21 millimiz noyabrın 18-də Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığması ilə səfərdə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti