Bakı. Trend:
Almaniya kansleri Fridrix Merts Avropa İttifaqının beynəlxalq təhlükəsizlik çağırışları fonunda Avropa Müdafiə Birliyinə çevrilməsinin vacibliyini vurğulayıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Merts bu barədə "Suddeutsche Zeitung" biznes sammitində danışıb.
O bildirib ki, avropalılar Ukrayna müharibəsi, Avro-Atlantik əlaqələrdə dəyişikliklər və Çinin artan təzyiqi kimi yeni təhlükələrə birgə cavab verməlidirlər.
Kanslerin dözlərinə görə, Almaniyanın ən güclü iqtisadiyyata və ən çox əhaliyə malik ölkə olaraq Avropanın müdafiəsində səhmdarlıqda daha böyük məsuliyyət daşımalıdır.
Merts əlavə edib ki, “Avropa Müdafiə Birliyi” ideyası sadəcə şüar yox, konkret məna daşıyan struktur olmalıdır.