Bakı. Trend:
Gürcüstan və Azərbaycan faciənin ilk anından etibarən axtarış-xilasetmə əməliyyatlarında Türkiyə ilə sıx əməkdaşlıq göstərib.
Trend xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan brifinqdə bildirib.
"Qardaş ölkələr başda olmaqla dünyanın dörd bir yanından həmrəylik və başsağlığı mesajları aldıq. Şəhidlərimizin nəşinə və təyyarənin "qara qutusu"na qısa müddətdə çatdıq. Nazirlik nümayəndələrinin, millət vəkillərinin və vətəndaşların iştirakı ilə şəhidlərimizi son mənzilə yola saldıq.Qəhrəman hərbçilərimizə Allahdan rəhmət diləyirəm,” – deyə o bildirib.
Türkiyə Prezidenti hadisənin səbəbi ilə bağlı istintaqın davam etdiyini vurğulayıb:
“20 vətəndaşımızı şəhid verdiyimiz bu ağır hadisənin niyə baş verdiyini daha aydın şəkildə görəcəyik və nəticələri ictimaiyyətlə paylaşacağıq. Kədərimizi bölüşən bütün dost və qardaş ölkələrə təşəkkür edirəm.”