Bakı. Trend:
Türkiyənin Gürcüstanda qəzaya uğrayan "C-130" təyyarəsinin "qara qutu"sunun oxunması iki ay vaxt aparacaq.
Trend xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
O söyləyib ki, ilkin nəticələrin əldə edilməsi prosesi ən azı 2 ay çəkir.
Qeyd edək ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb.
Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.
