Bakı. Trend:
"Mançester Siti" 2026-cı ilin yayı üçün "Nyukasl"ın sağ cinah müdafiəçisi Valentino Livramentonu potensial transfer prioritetlərindən biri kimi nəzərdən keçirir.
Trend xəbər verir ki, ingiltərəli futbolçu artıq Pep Qvardiolanın komandasının qısa siyahısına düşüb. Bu barədə jurnalist Ben Ceykobs məlumat verib.
"Mançester Yunayted" də 23 yaşlı oyunçunu izləyir. Lakin klub hələlik heç bir konkret addım atmayıb.
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Livramento bu mövsüm "Nyukasl"ın heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb. Onun klubla müqaviləsi 2028-ci ilin ortalarınadək qüvvədədir.