...

Özbəkistanlı futbolçu "Yuventus"un hədəfindədir

İdman Materials 17 Noyabr 2025 21:00 (UTC +04:00)
Özbəkistanlı futbolçu "Yuventus"un hədəfindədir

Bakı. Trend:

"Persepolis"in futbolçusu Oston Urunov karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Trend xəbər verir ki, "Yuventus" özbəkistanlı vingeri transfer etmək istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

"Ağ-qaralar"ın idman direktoru Marko Ottolini Özbəkistan milli komandasının baş məşqçisi Fabio Kannavaro ilə əlaqə saxlayaraq oyunçu haqda məlumat istəyib. "Yuevntus"un qarşıdakı transfer pəncərəsi zamanı rəsmi addımlar atacağı gözlənilir.

Qeyd edək ki, Oston Urunov 2024-cü ilin yayından "Persepolis"də çıxış edir. 24 yaşlı futbolçu bu mövsüm İran təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti