Bakı. Trend:
Rusiyanın Dağıstan Respublikasında 2028-ci ilin sonunadək Xəzər dənizində ən böyük taxıl terminalının qurulması nəzərdə tutulur.
Trend xəbər verir ki, bu barədə Mahaçqala Dəniz Ticarət Limanının Mətbuat Xidməti bildirib.
Terminalın illik yükləmə-boşaltma gücü 1,5 milyon ton olacaq və eyni zamanda 100 min tonadək taxılın saxlanması mümkün olacaq.