Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 10,556 milyon ton, avtomobil nəqliyyatı ilə 8,009 milyon ton və dəniz nəqliyyatı ilə 5,590 milyon ton yük daşınıb.
Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 12,615 milyon ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 6,117 milyon ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə 6,720 milyon ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə 4,417 milyon ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə 402,7 min ton təşkil edib.
Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46 faizini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 41,9 faizini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 94,7 faizini tranzit yüklər təşkil edib.
