...

Cənubi Qafqaz investisiyalar və nəqliyyat üçün strateji mərkəzə çevrilir - CACI

İqtisadiyyat Materials 18 Noyabr 2025 14:23 (UTC +04:00)
Cənubi Qafqaz investisiyalar və nəqliyyat üçün strateji mərkəzə çevrilir - CACI
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Qafqaz beynəlxalq investisiyalar, enerji və nəqliyyat sahələri üçün strateji mərkəzə çevrilir və ABŞ ilə Avropa İttifaqı regionun sabitliyini və Orta Dəhlizin inkişafını fəal şəkildə dəstəkləyir.

Trend xəbər verir ki, bunu bu gün “The The Central Asia-Caucasus Institute” (CACI) institutunun Avrasiya məsələləri üzrə baş elmi işçisi Con DiPirro Bakıda keçirilən Azərbaycan-ABŞ beyin mərkəzlərinin 1-ci Forumunda çıxışında deyib.

O vurğulayıb ki, regionda daha proqnozlaşdırıla bilən arxitekturanın formalaşması üçün kompleks yanaşma vacibdir.

DiPirro Cənubi Qafqazın Avropa ilə Asiyanı birləşdirən körpü kimi strateji rolunu və Orta Dəhliz üçün əsas əhəmiyyətini diqqətə çatdırıb.

“Biz ABŞ-nin Cənubi Qafqazda daha sabit və daha dayanıqlı regional arxitektura, eləcə də Orta Dəhlizin inkişafı ilə bağlı artan marağını nümayiş etdirən konkret addımlar görürük”, – deyə o bildirib.

Ekspert həmçinin, Türkiyə və Azərbaycanın yüksək iqtisadi və strateji dayanıqlığa malik regional oyunçular kimi əhəmiyyətini önə çəkib.

Onun sözlərinə görə, Ermənistanın Rusiyadan asılılığının azalması, Türkiyə ilə münasibətlərin normallaşması və Ermənistan–Azərbaycan arasında uzunmüddətli sülh prosesi ticarətin genişlənməsi, enerji mənbələrinin şaxələndirilməsi və nəqliyyat infrastrukturunun gücləndirilməsi üçün yeni imkanlar açır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti