...

ABŞ-də yanlış mühakimə olunmuş şəxsə 19 milyon dollar təzminat ödəniləcək

Dünya xəbərləri Materials 18 Noyabr 2025 11:34 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yanlış ittihamalara görə 30 ildən çox həbs cəzası çəkmiş Kaliforniya (ABŞ) sakini 19,1 milyon ABŞ dolları həcmində təzminat alacaq.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, müvafiq razılaşma Bolduin-Park şəhərinin rəhbərliyi ilə məhkəmə səhvinin qurbanına çevrilmiş 56 yaşlı Daniel Saldanya arasında imzalanıb.

1989-cu ildə o, yerli məktəblərdən birinin yaxınlığında baş vermiş atışmada günahlandırılmışdı. Hadisə nəticəsində iki şagird yaralanmışdı. 1990–2023-cü illər ərzində o, özünü günahsız hesab etsə də, həbsdə qalıb.

Onun işinə yenidən baxılmasına 2017-ci ildə başlanıb və 2023-cü ildə məhkəmə Saldanya işini aparan polis təhqiqatçısının öz vəzifələrini lazımi qaydada yerinə yetirmədiyini təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti