...

Yanvar-oktyabr aylarında Azərbaycanda dəmiryolu ilə yükdaşımalarının ümumi həcmi məlum olub

İqtisadiyyat Materials 18 Noyabr 2025 14:55 (UTC +04:00)
Yanvar-oktyabr aylarında Azərbaycanda dəmiryolu ilə yükdaşımalarının ümumi həcmi məlum olub
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə ümumi dəyəri 2,5 milyard ABŞ dolları olan 5,9 milyon ton həcmində beynəlxalq yük daşınıb.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər.

Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 149 milyon ABŞ dolları və ya 5,5 faiz , həcm baxımından isə 295 min ton və ya 4,8 faiz azdır.

Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə Azərbaycandan 2,3 milyon ton həcmində, ümumi dəyəri 750,9 milyon ABŞ dolları olan yüklər ixrac edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 20,4 milyon dollar və ya 2,3 faiz çox, həcm baxımından isə 10 min ton və ya 0,4 faiz azdır.

Eyni zamanda, cari ilin ilk on ayı ərzində dəmir yolu nəqliyyatı ilə Azərbaycana 3,6 milyon ton həcmində, ümumi dəyəri 1,8 milyard ABŞ dolları olan yüklər idxal edilib. Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 169 milyon ABŞ dolları və ya 8,6 faiz, həcmlə isə 285 min ton və ya 7,4 faiz azalma deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti