...

Azərbaycanda bəzi saytların fəaliyyətində yaranmış fasilə ilə bağlı XƏBƏRDARLIQ

Gündəm Materials 18 Noyabr 2025 17:47 (UTC +04:00)
Azərbaycanda bəzi saytların fəaliyyətində yaranmış fasilə ilə bağlı XƏBƏRDARLIQ
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

“Cloudflare” antiddos xidmətindən istifadə edən bəzi informasiya ehtiyatlarının fəaliyyətində yaranmış fasilə ilə bağlı bildiririk ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılmış monitorinq nəticələrinə əsasən, sözügedən dayanmanın AzStateNet şəbəkəsinə və GOV.AZ zonası domenlərinə hər hansı təsiri qeydə alınmamışdır.

Trend xəbər verir ki, bu barədə XRİTDX məlumat yayıb.

Bildirilib ki, təhlükəsizliyi XRİTDX tərəfindən təmin olunan dövlət informasiya ehtiyatları və AzstateNet şəbəkəsi lokal mühafizə sistemləri ilə təmin edilərək 24/7 monitorinq olunur.

“Cloudflare” kimi xarici xidmət operatorlarından istifadə edən və trafiki xaricə yönəldilmiş informasiya ehtiyatları sahiblərinə trafik axının ölkə xaricinə daşınmasının təhlükəli tərəfləri və mümkün risklərinin nəzərə alınması tövsiyə edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti