...

Türkiyə Ukrayna münaqişəsinin nizamlanması üzrə səylərini davam etdirəcək - Fidan

Dünya xəbərləri Materials 18 Noyabr 2025 15:18 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rəsmi Ankara Ukrayna münaqişəsinin dinc yolla həlli üçün səylərini davam etdirəcək və Qara dənizdə gəmiçilik rejimini tənzimləyən Montre Konvensiyasına ciddi şəkildə əməl edəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

“Yaxın perspektivdə Ukraynada sülhün təmin edilməsi üçün effektiv səylərimizi və vasitəçilik rolumuzu davam etdirəcəyik. Bununla yanaşı, Qara dənizdə təhlükəsizlik memarlığının əsas dayağı olan Montre Konvensiyasına qətiyyətlə riayət edəcəyik”, – deyə nazir bildirib.

Fidan həmçinin qeyd edib ki, Türkiyənin Ukrayna müharibəsinin başlamasından bəri yürütdüyü balanslaşdırılmış siyasət və Rusiya ilə Ukrayna arasında davamlı təmaslar sayəsində 2025-ci ildə İstanbulda üç raund birbaşa danışıqlar keçirilib və onlar konkret nəticələr verib, o cümlədən əsirlərin mübadiləsi həyata keçirilib.

Onun sözlərinə görə, Ukrayna münaqişəsinin diplomatiya və dialoq yolu ilə nizamlanması Ankaranın xarici siyasətinin prioriteti olaraq qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti