...

Saytlarda yaranan problemin səbəbi nədir? - Mütəxəssis açıqladı

Cəmiyyət Materials 18 Noyabr 2025 19:00 (UTC +04:00)
Saytlarda yaranan problemin səbəbi nədir? - Mütəxəssis açıqladı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün Azəebaycanda əksər saytlara girişdə çətinlik yaranıb. Saytlarla yanaşı “X” sosial şəbəkəsinə də girişdə problem müşahidə edilib.

Mövzuyla bağlı Trend-ə açıqlamasında İT mütəxəssisi Fərid Pərdəşünas bildirib ku, problem qlobal xarakterlidir.

Onun sözlərinə görə, "Cloudflare" servisini istifadə edən saytlar trafiki bu platforma üzərindən yönləndirdiyi üçün çökmələr baş verib:

“"Cloudflare" beynəlxalq miqyasda etibarlı, güclü, DDOS hücumlarına qarşı qoruma təklif edən, “content delivery network” və DNS təminatçısı kimi tanınır. Bu çöküşdən əsasən saytlarını DDOS hücumlarından qorumaq və sürət, təhlükəsizlik qazanmaq üçün "Cloudflare" istifadə edən resurslar təsirlənib”.

Mütəxəssis qeyd edib ki, dövlət saytları (gov .az) yaranan problemdən təsirlənməyib:

“Bu domen zonasında yerləşən kritik informasiya sistemləri lokal qoruma mexanizmlərindən istifadə edir və trafiki xaricə ötürmədikləri üçün bu tip qlobal nasazlıqlardan təsirlənmirlər”.

O, "Cloudflare"in çökməsinin səbəbini belə izah edib:

“"Cloudflare" servisində “gözlənilməz trafik artımı” qeydə alınıb. Şirkət bunu “spike in unusual traffic”, yəni anormal trafik sıçrayışı kimi təsvir edib. Bu, şəbəkə daxilində yükün balanssızlaşmasına və trafikdə genişmiqyaslı xətalara səbəb olub”

Mütəxəssis vurğulayıb ki, "Cloudflare" qlobal internet infrastrukturunda əsas rollardan birini oynayır və internet trafikinin təxminən 20 %-i onun üzərindən keçir. Buna görə də yaranan nasazlıq dünyanın bir çox saytında eyni anda problemə gətirib çıxarıb.

Xəbər lenti

Xəbər lenti