...

Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu keçirilir (FOTO)

Siyasət Materials 18 Noyabr 2025 09:36 (UTC +04:00)
Bakıda Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu keçirilir (FOTO)
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 18-də Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu keçirilir.

Trend xəbər verir ki, “Ortaq Baxışlar: Strateji Tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu” mövzusuna həsr edilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumunda “Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan münasibətlərinə təsirləri”, “Vaşinqton sammitindən sonra Ermənistan-Azərbaycan sülh prosesi”, “Enerji təhlükəsizliyi və bağlantılar” mövzularına həsr edilmiş sessiyalar təşkil ediləcək.

Tədbirdə Azərbaycan hökumətinin nümayəndələri, yerli beyin mərkəzləri və Atlantik Şurası, Yeni Xəttlər İnstitutu, Hudson İnstitutu, Mərkəzi Asiya-Qafqaz İnstitutu və "The National Interest" jurnalı da daxil olmaqla Amerika beyin mərkəzlərinin mütəxəssisləri iştirak edirlər.

Forumda 2025-ci il Vaşinqton sammitinin nəticələri, Ermənistan və Azərbaycan arasında sülh prosesi və Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında enerji, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əlaqələndirici rol oynaması ilə bağlı müzakirələr aparılacaq.

İştirakçılar ölkələr arasında strateji tərəfdaşlığın gücləndirilməsi imkanlarını, regional əməkdaşlığı və Avrasiyada davamlı inkişafa, təhlükəsizliyə və iqtisadi inteqrasiyaya yönəlmiş təşəbbüsləri müzakirə edəcəklər.

Xəbər yenilənəcək

Xəbər lenti

Xəbər lenti