...

"Barselona" braziliyalı hücumçu üçün təklif göndərib

İdman Materials 18 Noyabr 2025 20:18 (UTC +04:00)
"Barselona" braziliyalı hücumçu üçün təklif göndərib

Bakı. Trend:

"Vasko da Qama"nın futbolçusu Rayan karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki, "Barselona" braziliyalı vingeri transfer etmək istəyir. Bu barədə insayder Ekrem Konur məlumat yayıb.

İspaniya çempionu Rayan üçün Braziliya klubuna təklif göndərib. "Barselona" 19 yaşlı "sambaçı" üçün 25-30 milyon avro ödəməyə hazırdır. Klubun idman direkoru Deku gənc oyunçunu gələcək investisiya kimi görür.

Qeyd edək ki, Rayan "Vasko da Qama"nın yetirməsidir. Braziliya U-20 millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 17 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2026-cı ilin 31 dekabr tarixinə kimi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti