Bakı. Trend:
2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan 10,9 milyard dollar dəyərində 20,8 milyon tona yaxın xam neft və neft məhsulları ixrac edib.
Trend-in Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 1,9 milyard dollar (15%) azalıb, həcm baxımından isə 182,6 min ton (0,9%) artıb.
Yanvar-oktyabr aylarında Azərbaycan neftinin əsas idxalçılarının ilk üçlüyündə İtaliya (6,2 milyard dollar dəyərində 12,1 milyon ton), Çexiya (701,4 milyon dollar dəyərində 1,3 milyon ton) və Xorvatiya (634,6 milyon dollardan artıq dəyərdə 1,2 milyon ton) yer alır.
Aşağıdakı cədvəldə 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan xam neft və neft məhsullarının əsas 10 idxalçısı göstərilib:
|
Ölkə |
İdxal həcmi |
İdxal dəyəri (ABŞ dolları) |
|
İtaliya |
12 077 423,62 |
6 231 517 130 |
|
Çexiya |
1 307 899,13 |
701 374 000 |
|
Xorvatiya |
1 187 550,72 |
634 647 770 |
|
Almaniya |
956 716,48 |
502 018 650 |
|
Rumıniya |
869 568,72 |
475 935 690 |
|
Portuqaiya |
803 374,35 |
430 730 820 |
|
Böyük Britaniya |
514 926,69 |
273 052 390 |
|
Yunanıstan |
500 730,69 |
268 492 930 |
|
İrlandiya |
410 729,87 |
214 827 490 |
|
Niderland |
360 687,86 |
182 857 880 |
Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarlarına üç boru kəməri ilə nəql olunur: Bakı–Novorossiysk, Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan (BTC). Hazırda Bakı–Supsa boru kəməri ilə nəql dayandırılıb.
