Bakı. Trend:
Venesuela Prezidenti Nikolas Maduro ABŞ administrasiyası ilə danışıqlara açıq olduğunu bildirib.
Trend xəbər verir ki, Maduro bunu “Venezolana de Televisión” kanalında yayımlanan “Maduro ilə” proqramında ABŞ Prezidenti Donald Tramp ilə mümkün dialoq barədə ünvanlanan sualı cavablandırarkən deyib.
Maduro qeyd edib ki, qarşılıqlı maraq kəsb edən məsələlərdə razılığa gəlməyin yeganə yolu diplomatiya və dialoqdan keçir. O, Karakasın mövqeyinin 6 sentyabr 2025-ci ildə Trampa göndərilən məktubda əks olunduğunu xatırladıb. Həmin məktubda Venesuelanın beynəlxalq hüquqa sadiqliyi və gücdən istifadə təhdidlərinin qəbul edilmədiyi vurğulanıb.