...

Xocalının Seyidbəyli kəndinə daha 36 nəfər qayıdıb

Cəmiyyət Materials 18 Noyabr 2025 16:41 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı.Trend:

Noyabrın 18-də Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köç baş tutub.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu mərhələdə Seyidbəyli kəndinə 36 nəfərdən ibarət 11 ailə köçürülüb.

Bildirilib ki, onlar uzun illər respublikanın müxtəlif bölgələrində, xüsusilə yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.

Bu gün Seyidbəyliyə qayıdan sakinlərə mənzillərin açarları təqdim edilib.

Qeyd edək ki, əvvəlki mərhələlərdə kəndə 27 ailə, yəni 91 nəfər köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti