Bakı. Trend:
2025-ci ilin oktyabr ayında ailə başçısını itirməyə görə 188,1 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.
Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Məlumata görə, onların 135,3 min nəfərdən çoxu pensiya, 52,8 min nəfərdən çoxu isə müavinət alıb.
Qeyd edək ki, ötən ilin oktyabr ayında ailə başçısını itirməyə görə 188 600 nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.
Onlardan 135 100 nəfərdən çoxu pensiya, 53 500 nəfərdən çoxu isə müavinət alıb.
