...

Energetika Nazirliyində “Yaşıl Dəhliz Birliyi” MMC-nin ümumi yığıncağı keçirilib

Energetika Materials 18 Noyabr 2025 11:52 (UTC +04:00)
Energetika Nazirliyində “Yaşıl Dəhliz Birliyi” MMC-nin ümumi yığıncağı keçirilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Energetika Nazirliyində “Yaşıl Dəhliz Birliyi” MMC-nin iştirakçıları olan "Azərenerji" ASC, "Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti" və "Özbəkistanın Milli Elektrik Şəbəkələri" ASC nümayəndələrinin ümumi yığıncağı keçirilib.

Bu barədə Trend nazirliyə istinadən xəbər verir.

Məlumata görə, energetika nazirinin müavini Orxan Zeynalov “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin əhəmiyyətini vurğulayıb, bu layihənin ölkələr arasında əməkdaşlığı yeni bir səviyyəyə çıxardığını qeyd edib. Bu çərçivədə “Yaşıl Dəhliz Birliyi” MMC-nin uğurlu fəaliyyətinin xüsusi önəm kəsb etdiyi bildirilib.

Yığıncaq zamanı iştirakçılar Tural Əliyevin “Yaşıl Dəhliz Birliyi” MMC-nin yeni Baş direktoru təyin edilməsi və şirkətin nizamnamə kapitalının artırılması barədə razılığa gəliblər. Bununla yanaşı, texniki-iqtisadi əsaslandırmanın həyata keçirilməsi üçün məsləhətçi şirkətin cəlb edilməsi və digər təşkilati məsələlər ətrafında müzakirələr aparılıb.

Sonda qəbul edilmiş qərarlara dair müvafiq sənədlər imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti