Bakı.Trend:
İngiltərənin “Çelsi” komandasının sabiq futbolçusu, hazırda Braziliya təmsilçisi “San Paulu”da çıxış edən Oskar xəstəxanadan evə buraxılıb.
Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi müayinə edilib və onun qısa müddətlik huşunu itirdiyi müəyyən olunub.
Futbolçunun vəziyyətinin hazırda stabil olduğu bildirilib.
Xatırladaq ki, Oskar noyabrın 12-də tibbi müayinədən sonra ürəyində aşkarlanan problem səbəbilə xəstəxanaya yerləşdirilmişdi.
