Bakı. Trend:
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında Zəngəzur dəhlizindən video paylaşıb.
Trend xəbər verir ki, paylaşımda qeyd olunub:
"Zəngəzur Dəhlizi — Araz çayı üzərindəki Ağbənd–Kəlalə körpüsündə.
Bu, Şanxaydan Londona uzanan Şərq–Qərb marşrutu, həmçinin Hind okeanını Şimal dənizi ilə və Fars körfəzini Qara dənizlə birləşdirən Şimal–Cənub və Cənub-Qərb marşrutlarının kəsişdiyi əsas beynəlxalq nəqliyyat arteriyalarını birləşdirən mühüm qovşaq və kəsişmə nöqtəsidir".
