...

Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi strateji nəqliyyat layihələri üçün şərait yaradacaq - Bokhari

İqtisadiyyat Materials 18 Noyabr 2025 10:54 (UTC +04:00)
Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi strateji nəqliyyat layihələri üçün şərait yaradacaq - Bokhari
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi strateji nəqliyyat təşəbbüslərinin, o cümlədən TRIPP (The Trump Route for International Peace and Prosperity) layihəsinin həyata keçirilməsi üçün şərait yaradacaq.

Trend xəbər verir ki, bunu bu gün “New Lines Institute”un Avrasiyada təhlükəsizlik və rifah məsələləri üzrə baş direktoru Kamran Bokhari Bakıda keçirilən Azərbaycan-ABŞ beyin mərkəzlərinin I forumunda çıxışında deyib.

Bokhari qeyd edib ki, regionda qüvvələr balansı dəyişib və bu gün Cənubi Qafqazın sabit və işlək tranzit marşrutuna çevrilməsi üçün əsas amil məhz siyasi tənzimlənmədir.

“Bakı və İrəvan arasında sülhün möhkəmləndirilməsi, Cənubi Qafqazın tamhüquqlu şərq–qərb dəhlizinə çevrilməsi imkanını açır. Davamlı sülh olmadan Transxəzər logistikasının və bütün Orta Dəhliz infrastrukturunun normal fəaliyyətini təmin etmək mümkün deyil”, – deyə o bildirib.

Onun sözlərinə görə, Vaşinqton avqustun 8-də keçirilən görüşdən sonra TRIPP-in inkişafını dəstəkləməklə, regionun uzunmüddətli sabitliyi və əlaqəliliyi ilə bağlı marağını nümayiş etdirib.

“TRIPP ABŞ-nin Avrasiya strategiyasının mühüm elementi ola bilər, lakin onun gerçəkləşməsi yalnız möhkəm sülh şəraitində mümkündür. Eyni sözlər Orta Dəhlizə də aiddir: şərqi Ermənistan, Naxçıvan Muxtar Respublikası və Türkiyə arasındakı hissədə təhlükəsizlik təmin olunmadan onun potensialı məhdud olaraq qalır”, – ekspert vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti