...

Rəqəmsal uçurumun aradan qaldırılması bu gün həmişəkindən daha vacibdir - Nazir müavini

İqtisadiyyat Materials 18 Noyabr 2025 17:40 (UTC +04:00)
Rəqəmsal uçurumun aradan qaldırılması bu gün həmişəkindən daha vacibdir - Nazir müavini
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Sürətlə inkişaf edən rəqəmsal texnologiyalar yalnız yeni imkanlar deyil, həm də yeni çağırışlar yaradır. Süni intellekt kimi texnologiyaların meydana gəlməsi fonunda rəqəmsal uçurumun aradan qaldırılması və inklüzivliyin təşviqi təxirəsalınmaz vəzifəyə çevrilir.

Trend xəbər verir ki, bu barədə Cənubi Koreyanın elm və informasiya kommunikasiya texnologiyaları nazirinin müavini Düko Li bunu Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransında (WTDC-25) bildirib.

O vurğulayıb ki, Koreya son 30 ildə həyata keçirilən məqsədyönlü dövlət siyasəti və investisiyalar sayəsində rəqəmsal infrastrukturun inkişafında, o cümlədən genişzolaqlı şəbəkələrin yaradılması və ölkə üzrə 5G-nin tam tətbiqi sahəsində əhəmiyyətli nailiyyətlər əldə edib:

“Hazırda ölkə növbəti nəsil – 6G şəbəkələri üzərində çalışır və vətəndaşların yeni texnologiyalardan istifadə imkanlarını genişləndirir. Biz həmçinin inklüziv rəqəmsal siyasətin hazırlanmasının ilkin mərhələsində "Rəqəmsal İnklüzivlik Aktı"nın inteqrasiyasını təmin edirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti