...

Aİ qlobal rəqəmsal transformasiyaya 306 milyard avrodan çox vəsait ayırıb - Səfir

İqtisadiyyat Materials 18 Noyabr 2025 16:24 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) “Global Gateway” təşəbbüsü çərçivəsində qlobal bağlantı və rəqəmsal transformasiyaya 306 milyard avrodan çox vəsait ayırıb.

Trend xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Pavel Radomski bu gün Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransında (WTDC-25) deyib.

Onun sözlərinə görə, təşəbbüsün məqsədi dünyanı ictimai və özəl investisiyalar vasitəsilə birləşdirmək, ağıllı və təhlükəsiz qlobal əlaqələr yaratmaqdır:

"AB rəqəmsal transformasiyanı 2030 gündəliyi və davamlı inkişaf məqsədlərinə nail olmaq üçün vacib sayır. Eyni zamanda iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf üçün insan hüquqlarına əsaslanan etik və dayanıqlı rəqəmsal ekosistemin yaradılmasını dəstəkləyir".

Səfir vurğulayıb ki, Avropa İttifaqı bərabərlik, inklüzivlik və universal çıxış imkanlarının təmin edilməsini prioritet hesab edir:

"Təşəbbüs çərçivəsində hələ də internetə çıxışı olmayan 2,6 milyard insanın əlaqəyə çıxarılması üçün peyk sistemlərindən və fiber-optik xətlərdən istifadə təşviq olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti