Bakı. Trend:
Cari ilin yanvar-oktyabr aylarında dəniz nəqliyyatı ilə Azərbaycana 2,1 milyard ABŞ dolları dəyərində 2,2 milyon ton yük gətirilib.
Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 113 milyon ABŞ dolları və ya 5,2 faiz, həcm baxımından isə 162 min ton və ya 6,9 faiz azdır.
Hesabat dövründə dəniz nəqliyyatı ilə Azərbaycandan 191 min ton həcmində, ümumi dəyəri 122,5 milyon ABŞ dolları olan yüklər ixrac edilib. Bu isə illik ifadədə dəyər üzrə 37,5 milyon dollar və ya 44 faiz, həcm baxımından isə 116,8 min ton və ya 2,6 dəfə artım deməkdir.
