...

İranın Azərbaycana qeyri-neft məhsul ixracı azalıb

İqtisadiyyat Materials 18 Noyabr 2025 14:10 (UTC +04:00)
İranın Azərbaycana qeyri-neft məhsul ixracı azalıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Cari İran ilinin 7 ayı (21 mart -22 oktyabr 2025) ərzində İranın Azərbaycana qeyri-neft məhsul ixracı ötən İran ilinin analoji dövrü ilə (20 mart -21 oktyabr 2024) müqayisədə dəyər baxımından 16,3%, çəki baxımından 2,8% azalıb.

Bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasına istinadən xəbər verir.

Statistikaya əsasən, 7 ayda İranın Azərbaycana qeyri-neft məhsul ixracı dəyər baxımından 337 milyon dollar, çəki baxımından təxminən 501 min ton təşkil edib.

Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İran Azərbaycana 403 milyon dollar dəyərində 515 min ton qeyri-neft məhsulları ixrac edib.

Statistikada deyilir ki, İran Azərbaycana əsasən kənd təsərrüfatı və ərzaq məhsullar, sənaye məhsulları, neft-kimya və kimyəvi məhsullar ixrac edib.

Statistikaya görə, 7 ayda İranın Azərbaycanla ticarət dövriyəsi 344 milyon dollar dəyərində 504 min ton təşkil edib. Ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 18,5%, çəki baxımından 3,8% azalıb.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, 7 ay ərzində İranın qeyri-neft məhsul ixracı 32 milyard dollar dəyərində təxminən 92 milyon ton təşkil edib. 7 ayda İranın qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 1,88% azalıb, çəki baxımından 3,2% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti