...

Abşeronda bu ərazilərdə işıq kəsiləcək

Gündəm Materials 18 Noyabr 2025 10:56 (UTC +04:00)
Abşeronda bu ərazilərdə işıq kəsiləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Abşeronda bu ərazilərdə elektrik enerjisinin verilişində fasilə olacaq.

Trend xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 18 noyabr tarixində Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 10 kV-luq Transformator Məntəqəsində (TM) və kabel hava xətlərində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 13:00-dan 14:00-dək Masazır qəsəbəsi Əliağa Vahid, Nizami, Niyazi küçələrində, həmçinin Qobu qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti