...

Azərbaycana gətirilən elektromobillərin sayı azalıb

İqtisadiyyat Materials 18 Noyabr 2025 10:29 (UTC +04:00)
Azərbaycana gətirilən elektromobillərin sayı azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 1 732 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu sayda elektromobillərin idxalının dəyəri 52,1 milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 860 ədəd və ya 1,5 dəfə, dəyər ifadəsi ilə isə 52,2 milyon ABŞ dolları və ya 2 dəfə azdır.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana ümumilikdə 1,8 milyard ABŞ dolları dəyərində 94 583 ədəd avtomobil idxal edilib. Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 860 ədəd və ya 1,5 dəfə, dəyər ifadəsi ilə 308,7 milyon ABŞ dolları, yaxud da 20,8% artıb.

Dövr ərzində ölkəyə 74,8 milyon ABŞ dolları dəyərində 702 ədəd sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 1,607 milyard ABŞ dolları dəyərində 86 909 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti