...

Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb

Hadisə Materials 18 Noyabr 2025 13:53 (UTC +04:00)
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Elmixan Allahyar oğlu Kərimov Polşa ərazisində saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, Gəncə şəhər Baş Polis İdarəsində ibtidai istintaq edilən dələduzluq cinayəti işi üzrə E.Kərimov təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə beynəlxalq axtarışa verilib.

Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən həmin şəxsin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti