Bakı. Trend:
NASA 2026-cı ilin aprelindən gec olmayaraq Ayın ətrafına pilotlu "Artemis II" missiyasını göndərəcək.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Kosmik Agentliyinin saytında dərc olunan məlumatda bildirilir.
“Artemis II missiyasının buraxılışı 2026-cı ilin əvvəlində nəzərdə tutulur. Sınaq uçuşu zamanı NASA astronavtları Rid Uayzman, Viktor Qlover, Kristina Kox və Kanada Kosmik Agentliyinin astronavtı Ceremi Hansen təxminən 10 günlük Ay ətrafı səyahət edərək geri qayıdacaqlar”, – deyə məlumatda qeyd olunur.
Bundan əvvəl “ArsTechnica” nəşri, NASA-nın “Artemis II” missiyası çərçivəsində astronavtlarla birlikdə Ay istiqamətinə “Integrity” adlı kosmik gəmini göndərəcəyi barədə məlumat yaymışdı.
