Bakı. Trend:
2026-cı ildə 318 milyon nəfər kəskin ərzaq qıtlığı ilə üzləşə bilər. Bu 2019-cu ildəki göstəricidən azı 2 dəfə çoxdur.
Trend xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) məlumatında bildirilib.
“Lakin dünyada humanitar fəaliyyətin maliyyələşdirilməsinin azalması Ümumdünya Ərzaq Proqramını ehtiyacı olanların təxminən üçdə birinə ərzaq yardımı göstərməyə üstünlük verməyə məcbur edir. 2026-cı ildə təşkilatın yardımlarının ən həssas 110 milyon insanı əhatə etməsi və bunun üçün təxminən 13 milyard dolların ayrılması planlaşdırılır”,- deyə WFP-in açıqlamasında qeyd olunur.
WFP proqnozlaşdırır ki, qlobal ərzaq böhranı ilə bağlı vəziyyət 2026-cı ildə də həllini tapmayacaq, belə ki, münaqişələr, ekstremal hava hadisələri və iqtisadi qeyri-sabitliyin daha bir kəskin ərzaq qıtlığı ilinə gətirəcəyi gözlənilir.
