...

Sabah Azərbaycanın bu ərazilərində qaz olmayacaq

Cəmiyyət Materials 18 Noyabr 2025 17:42 (UTC +04:00)
Sabah Azərbaycanın bu ərazilərində qaz olmayacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Sabah ölkədə 12675 abonentin qaz təchizatında fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Şəmkir RQİİ-nin Ağstafa XS-nin Ağstafa AQPS-dən qidalanan d 530mm daşıyıcı qaz xəttində aşkar olunmuş çatın ləğv edilməsi,yeni quraşdırılmış qaz tənzimləyicilərinin mövcud şəbəkəyə qoşulması və müxtəlif diametrli qaz xətlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması, korroziyaya uğramış hissələrin əvəzlənməsi və digər təmir-bərpa işlərinin aparılması üçün qaz təchizatının dayandırılması zərurəti yaranıb.

Məlumata görə, qeyd olunan işlərin yerinə yetirilməsi üçün 19.11.2025-ci il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Ağstafa AQPS-nın ölçü qovşağından qidalanan (Ağstafa şəhəri, Dağkəsəmən, Pirili, Xılxına, Kolayır, Kolxəlfəli, Qarahəsənli, Düzqışlaq, Mollacəfərli, Poylu, Zəlimxan, A.Kəsəmən, Q.Kəsəmən, Poylu qəsəbəsi, Qaçaq Kərəm, Xətai, Yenigün, Saloğlu, Soyuqbulaq, Soyuqbulaqlar, Köçvəlil, Sadıxlı, Ağgöl, Muğanlı, Qarayazı, H.Aslanov, Böyükkəsik yaşayış məntəqələrinin-12675 abonent) qaz təchizatının daxildən dayandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti