...

Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti daha da artacaq - Briqam MakKaun

İqtisadiyyat Materials 18 Noyabr 2025 17:57 (UTC +04:00)
Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti daha da artacaq - Briqam MakKaun
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Avropanın qaz tədarükünü artırmağa çalışdığı bir vaxtda, dünyanın ən strateji əhəmiyyətli enerji şəbəkələrindən biri sayılan Cənub Qaz Dəhlizi (CQD) Azərbaycanın Avrasiya məkanında əsas bağlantı nöqtəsi kimi rolunu daha da möhkəmləndirəcək.

Trend xəbər verir ki, bunu “Alyeska Pipeline Service” şirkətinin sabiq prezidenti, ABŞ Enerji Təhlükəsizliyi Təşəbbüsünün direktoru və baş elmi əməkdaşı Briqam MakKaun Bakıda keçirilən Azərbaycan-ABŞ beyin mərkəzlərinin I Forumunda çıxışı zamanı bildirib.

MakKaun vurğulayıb ki, Azərbaycan eyni vaxtda həm istehsalçı, həm tranzit həlqəsi, həm də birləşdirici ölkə olmaq imkanına malikdir.

“Düşünürəm ki, belə ölkələrin sayı çox deyil və az sayda ölkə Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa kimi müxtəlif regionların onun iqtisadi coğrafiyasına təsir göstərdiyini iddia edə bilər. Azərbaycan bunların hamısını bacarır və ən önəmlisi – bunu getdikcə daha uğurla həyata keçirir”, – deyə ekspert qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti