Bakı. Trend:
Malayziya Azərbaycanla telekommunikasiya sahəsində yeni Anlaşma Memorandumlarının (MOU) imzalanması üzərində çalışır.
Bunu Trend-ə bu gün Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı (WTDC-25) çərçivəsində Malayziyanın rabitə naziri Ahmad Fahmi bin Mohamed Fadzil açıqlamasında deyib.
"Biz hazırda Azərbaycanla telekommunikasiya sahəsində bir neçə Anlaşma Memorandumlarının (MOU) imzalanması üzərində çalışırıq, lakin onlar hazırda qiymətləndirmə mərhələsindədir.
Ümid edirik ki, yaxın gələcəkdə bu baş verəcək. Qardaş ölkəmiz, dostumuz Azərbaycanla ikitərəfli əlaqələrimizi daha da gücləndirməyi səbirsizliklə gözləyirik. Bununla da inanırıq ki, birlikdə daha da firavan olacağıq", - nazir vurğulayıb.
O həmçinin, iki ölkə arasında hava nəqliyyatı əlaqələrinin inkişaf perspektivlərindən də danışıb: "Biz ölkələrimiz arasında hava nəqliyyatı əlaqələrinin inkişafını da ciddi şəkildə nəzərdən keçirə biləcəyimiz bir məsələ kimi dəyərləndirə bilərik. Bunun üçün müəyyən iqtisadi amilləri nəzərə almaq lazım olacaq, lakin ümumilikdə bu, tamamilə mümkündür".
