...

Azərbaycan və Pakistanın arasında İKT sahəsində işçi qrup yaradılacaq

Telekommunikasiya Materials 18 Noyabr 2025 17:20 (UTC +04:00)
Azərbaycan və Pakistanın arasında İKT sahəsində işçi qrup yaradılacaq
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının informasiya texnologiyaları və telekommunikasiya üzrə federal naziri Şaza Fatima Xavaja ilə görüş keçirib.

Trend xəbər verir ki, bu barədə RİNN məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycanda innovasiya və rəqəmsal inkişaf sahəsində həyata keçirilən yeniliklər haqqında müzakirələr aparılıb. İKT sahəsində normativ hüquqi bazanın genişləndirilməsi və müvafiq sahədə birgə layihələrin icrası məqsədilə işçi qrupun yaradılmasına dair razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti