...

BERİ peyk və rəqəmsal layihələrin gerçəkləşdirilməsində Azərbaycana dəstək olmağa hazırdır (ÖZƏL)

Cəmiyyət Materials 18 Noyabr 2025 16:39 (UTC +04:00)
BERİ peyk və rəqəmsal layihələrin gerçəkləşdirilməsində Azərbaycana dəstək olmağa hazırdır (ÖZƏL)
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Elektrik Rabitə İttifaqı (BERİ) peyk texnologiyaları və nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması sahəsində Azərbaycanla əməkdaşlığa açıqdır.

Bunu Beynəlxalq Elektrik Rabitə İttifaqının Radiorabitə Bürosunun (ITU Radiocommunications Bureau) direktoru Mario Manieviç Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı çərçivəsində Trend-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, büro radiotezlik spektri, peyk orbitləri, mobil rabitə və simsiz kommunikasiya üzrə bütün əsas istiqamətlər ilə məşğul olur.

“Biz hər bir ölkəyə, o cümlədən Azərbaycana rabitə sahəsində layihələrini həyata keçirməkdə köməklik edirik və Azərbaycan həyata keçirmək istədiyi istənilən layihədə dəstək göstərməyə hazırıq”, – deyə büro direktoru bildirib.

Mario Manieviç Orta Dəhlizin rəqəmsallaşdırılmasında BERİ-nin mümkün iştirakına dair sualı cavablandırarkən qeyd edib ki, təşkilat artıq müasir nəqliyyat sistemləri, o cümlədən yüksək sürətli marşrutlar və dəhlizlərlə işləyir.

Onun sözlərinə görə, 5G standartları artıq bir çox zəruri imkanları təmin edir, gələcək 6G standartları isə mövcud texnoloji boşluqları tam şəkildə aradan qaldıracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti