Bakı. Trend:
"Real Sosyedad"ın futbolçusu Takefusa Kubo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Trend xəbər verir ki, "Tottenhem" yaponiyalı vingeri transfer etmək istəyir.
İspaniya klubu futbolçusunu satmağın əleyhinə deyil. Lakin onlar 24 yaşlı ön xətt oyunçusu üçün 60 milyon avro tələb edirlər.
Qeyd edək ki, "Real Sosyedad" Takefusa Kubonu 2022-ci ilin yayında Madrid "Real"ından transfer edib. Yaponiya millisinin üzvü bu mövsüm "La Liqa" təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol vurub.