...

Azərbaycan bərpa olunan enerji mənbələrinə 1 milyard dollardan çox investisiya cəlb edib - Vüqar Bayramov

İqtisadiyyat Materials 18 Noyabr 2025 17:25 (UTC +04:00)
Azərbaycan bərpa olunan enerji mənbələrinə 1 milyard dollardan çox investisiya cəlb edib - Vüqar Bayramov
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan fəal şəkildə innovativ enerji mənbələrinə keçid edir və bərpa olunan enerji (BOE) sektoruna 1 milyard ABŞ dollarından çox xarici investisiya cəlb edib. Bundan başqa, 2027-ci ilin sonuna qədər Avropaya genişmiqyaslı “yaşıl enerji" ixracına başlanılması planlaşdırılır.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov Bakıda keçirilən Azərbaycan-ABŞ beyin mərkəzlərinin I forumunda çıxışında deyib.

Vüqar Bayramov vurğulayıb ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığını fəal şəkildə genişləndirir, ənənəvi resurslardan daha innovativ mənbələrə keçid edir və kapital cəlb olunması sahəsində əhəmiyyətli nailiyyətlər əldə edib. O qeyd edib ki, bərpa olunan enerji sektoruna daxil olan xarici investisiyaların həcmi 1 milyard ABŞ dollarından çoxdur.

“Bu o deməkdir ki, Azərbaycan daha çox "yaşıl enerji" istehsal etməyə, eləcə də bərpa olunan mənbələrdən əldə olunan enerjinin Avropa bazarına ixracını artırmağa hazırlaşır”, – deyə o bildirib.

Deputat əlavə edib ki, Azərbaycan 2027-ci ilin sonuna qədər Avropa bazarına “yaşıl enerji" ixrac etməyi hədəfləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti