...

İranın Azərbaycandan məhsul idxalı azalıb

İqtisadiyyat Materials 18 Noyabr 2025 14:34 (UTC +04:00)
İranın Azərbaycandan məhsul idxalı azalıb
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Cari İran ilinin 7 ayı (21 mart -22 oktyabr 2025) ərzində İranın Azərbaycandan məhsul idxalı ötən İran ilinin analoji dövrü ilə (20 mart -21 oktyabr 2024) müqayisədə dəyər baxımından 65%, çəki baxımından 61,5% azalıb.

Bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasına istinadən xəbər verir.

Statistikaya əsasən, 7 ayda İranın Azərbaycandan məhsul idxalı təxminən 6,7 milyon dollar dəyərində 3,37 min ton təşkil edib.

Statistikada deyilir ki, ötən ilin analoji dövründə İran Azərbaycandan təxminən 19,2 milyon dollar dəyərində 8,77 min ton məhsul idxal edib.

Statistikada qeyd olunur ki, İran Azərbaycandan müxtəlif avadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və sairə məhsullar idxal edib.

Statistikaya görə, 7 ayda İranın Azərbaycanla ticarət dövriyəsi 344 milyon dollar dəyərində 504 min ton təşkil edib. Ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 18,5%, çəki baxımından 3,8% azalıb.

Əlavə edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, 7 ay ərzində İrana məhdul idxalı 34,2 milyard dollar dəyərində 22,3 milyon ton təşkil edib. Məhsul idxalı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 16% azalıb, çəki baxımından 1,6% artıb.

Qeyd edək ki, İran məhsul idxalında əsasən ölkənin ehtiyac duyduğu zəruri məhsulların idxalına önəm verir və ölkədə istehsal olunan məhsulların bənzərinin ölkəyə idxal olunmasına müəyyən məhdudiyyətlər tətbiq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti