Bakı. Trend:
Noyabrın 18-i Quba-Xaçmaz yolunun Barlı kəndi ərazisindən keçən hissəsində 31 yaşlı Abbasov Elnur Mehdi oğlu idarə etdiyi motoblok ilə hərəkətdə olarkən idarəetməni itirib və “Vaz-2107” markalı avtomobilə çırpılıb.
Trend xəbər verir ki, o, özünü xilas etmək məqsədi ilə asfalt örtüyünə tullanıb, bu zaman H.Osmanovun idarə etdiyi “Ford Transit” markalı avtomobilin altında qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. E.Abbasov xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
