...

Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi üçün xərc normaları artırılıb

Cəmiyyət Materials 18 Noyabr 2025 16:20 (UTC +04:00)
Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi üçün xərc normaları artırılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün büdcə vəsaitlərinin xərc normalarında dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Sənədə əsasən, bundan sonra xərc normaları aşağıdakı kimi olacaq:

Sıra

№-si

Xərclər

Xərc normalarının yuxarı həddi

1. Yemək xərcləri (1 nəfər üçün)

1.1.

nahar yeməyi

90 manat

1.2.

şam yeməyi

120 manat

1.3.

ziyafət (tədbir ərzində 2 dəfədən artıq olmamaq şərtilə)

180 manat

1.4.

gün ərzində tədbirin təşkili ilə bağlı cəlb olunan yardımçı

heyət (sürücülər, könüllülər, təhlükəsizlik işçiləri və s.) üçün yemək xərci

30 manat

1.5.

gün ərzində danışıqlar, mədəni tədbirlər zamanı çay, qəhvə fasiləsi və qəlyanaltı

30 manat

2. Dəftərxana xərcləri (1 nəfər üçün)

2.1.

nümayəndə heyətinin rəhbəri, nazirlər və onlara bərabər

tutulan şəxslər, sabiq dövlət və hökumət başçıları, deputatlar, fəxri qonaqlar üçün

80 manat

2.2.

nümayəndə heyətinin üzvləri üçün

40 manat

3. Azərbaycan Respublikasının tarixini və mədəniyyətini təcəssüm etdirən xatirə hədiyyələrinin alınması xərcləri (1 nəfər üçün)

3.1.

nümayəndə heyətinin rəhbəri, nazirlər və onlara bərabər

tutulan şəxslər, sabiq dövlət və hökumət başçıları, deputatlar, fəxri qonaqlar üçün

200 manat

3.2.

nümayəndə heyətinin üzvləri üçün

70 manat

Məlumat üçün bildirək ki, indiyədək xərc normaları aşağıdakı kimi olub:

Sıra №-si

Xərclər

Xərc normaları

1

2

3

2. Yemək xərcləri (1 nəfər üçün)

2.1.

nahar yeməyi

60 manata qədər

2.2.

şam yeməyi

80 manata qədər

2.3.

ziyafət (tədbir ərzində 2 dəfədən artıq olmamaq şərtilə)

120 manata qədər

2.4.

gün ərzində tədbirin təşkili ilə bağlı cəlb olunan yardımçı heyət (sürücülər, könüllülər, təhlükəsizlik işçiləri və s.) üçün yemək xərci

20 manata qədər

2.5.

gün ərzində danışıqlar, mədəni tədbirlər zamanı çay, qəhvə fasiləsi və qəlyanaltı

20 manata qədər

3. Dəftərxana xərcləri (1 nəfər üçün)

3.1.

nümayəndə heyətinin rəhbəri üçün

60 manata qədər

3.2.

nümayəndə heyətinin üzvləri üçün

30 manata qədər

4. Azərbaycan Respublikasının tarixini və mədəniyyətini təcəssüm etdirən xatirə hədiyyələrinin alınması xərcləri (1 nəfər üçün)

4.1.

nümayəndə heyətinin rəhbəri üçün

150 manata qədər

4.2.

nümayəndə heyətinin üzvləri üçün

50 manata qədər

Həmçinin, “Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, habelə xarici ölkələrin nümayəndə heyətlərinin və rəsmi şəxslərinin qəbulu, onlara xidmət göstərilməsi üçün dövlət büdcəsində vəsaitin nəzərdə tutulması və xərclənməsi Qaydaları” ilə müəyyən edilmiş xərc normaları dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, həmçinin dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən həyata keçirilən beynəlxalq və ölkə səviyyəli tədbirlərə də tətbiq olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti