...

ETX saytlara girişdə çətinliklər yaşanması ilə bağlı məlumat yayıb (YENİLƏNİB)

Cəmiyyət Materials 18 Noyabr 2025 16:36 (UTC +04:00)
ETX saytlara girişdə çətinliklər yaşanması ilə bağlı məlumat yayıb (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki problem müşahidə olunur. Bu nasazlıq nəticəsində ölkəmizdə də bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə əlçatanlıq məhdudlaşıb.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, yaranmış problem lokal infrastruktur və ya milli internet şəbəkəsi ilə bağlı deyil. Çətinlik birbaşa "Cloudflare"-in beynəlxalq şəbəkəsində baş verən texniki nasazlıqdan qaynaqlanır və bütün dünyada çoxsaylı istifadəçilərə təsir göstərir.

Məlumat üçün bildirək ki, nasazlıqla bağlı "Cloudflare"də açıqlama yayıb.

Açıqlamaya görə, şirkət hazırda bir neçə müştəriyə təsir edən qlobal səviyyəli nasazlığı araşdırır və aradan qaldırılması istiqamətində iş görür.

***

15:54

Bakı.Trend:

Azərbaycanda əksər xəbər saytlarına girişdə çətinliklər yaşanır.

Saytlarla yanaşı “X”sosial şəbəkəsinə də giriş də mümkün deyil.

Problem Cloudflare-də baş verən kütləvi nasazlıqla əlaqələndirilir.

Rəsmi qurumlardan Trend-ə verilən məlumata görə, məsələ araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti