...

Vaşinqton razılaşmaları Bakı ilə İrəvan arasında sülh prosesinin irəliləməsi üçün aydın istiqamətlər müəyyənləşdirir - Fərhad Məmmədov

Siyasət Materials 18 Noyabr 2025 11:43 (UTC +04:00)
Vaşinqton razılaşmaları Bakı ilə İrəvan arasında sülh prosesinin irəliləməsi üçün aydın istiqamətlər müəyyənləşdirir - Fərhad Məmmədov
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Vaşinqton razılaşmaları və birgə bəyanatlar Azərbaycan və Ermənistan arasında sülh prosesinin həyata keçirilməsində növbəti addımlar üçün aydın istiqamətləri müəyyən edir, stabilliyi gücləndirir və region üçün strateji üstünlüklər yaradır.

Trend xəbər verir ki, bunu bu gün Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin (CSSC) təsisçisi və rəhbəri Fərhad Məmmədov Bakıda keçirilən Azərbaycan-ABŞ beyin mərkəzlərinin 1-ci forumunda deyib.

O qeyd edib ki, ABŞ-nin Bakı və İrəvan arasında vasitəçilik prosesinə cəlb olunması və birgə bəyanatın həyata keçirilməsində iştirakı 2020-ci il müharibəsinin əsas nəticələrinin - Azərbaycanın ərazi bütövlüyünün bərpasının, davamlı sülhün təmin edilməsinin, ikitərəfli münasibətlərin normallaşdırılması və regional kommunikasiyaların açılmasının - tam gerçəkləşdirilməsinə yol açır.

“Bu proseslər ABŞ-yə yeni regional nizamda öz nüfuzunu təsdiqləmək və Cənubi Qafqazda sabit və təhlükəsiz arxitekturanın yaradılmasında iştirak etmək üçün unikal imkanlar yaradır”, – deyə F.Məmmədov vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti