Bakı. Trend:
Yapon alimləri Amerikanın texnologiya nəhəngi “Google”un süni intellektindən istifadə edərək effektiv kök hüceyrələrin yaradılması üsullarını işləyib hazırlayacaqlar.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
"Biz “Google”la əməkdaşlığı universitetimizin tədqiqatçıları ilə birlikdə daha effektiv və təhlükəsiz kök hüceyrələrin istehsalı texnologiyasını yaratmaq üçün bir fürsət kimi istifadə etmək istərdik", – deyə Tokio şəhərində keçirilən tədbirdə Kiyoto Universitetinin tədqiqat qrupu rəhbəri Hirohide Saito bildirib.
Tədqiqatçılar süni intellektdən induksiya olunmuş pluripotent kök hüceyrələrin yaradılması üçün istifadə edəcəklər.
Əsas məqsəd onların tibbdə tətbiqini sürətləndirməkdir.
