...

Azərbaycan neft koksu və neft bitumu ixracından gəlirləri artırıb

Energetika Materials 18 Noyabr 2025 10:05 (UTC +04:00)
Azərbaycan neft koksu və neft bitumu ixracından gəlirləri artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 52,3 milyon ABŞ dolları dəyərində 173,1 min ton neft koksu ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 38,1 milyon ABŞ dolları və ya 3,7 dəfə, həcm ifadəsində isə 6,1 min ton və ya 3,6% çoxdur.

Hesabat dövründə neft koksunun ixracı Azərbaycanın ümumi ixracında 0,24% paya malik olub.

Eyni zamanda cari ilin yanvar-oktyabr aylarında Azərbaycandan 1,1 milyon ABŞ dolları dəyərində 4,4 min ton neft bitumu ixrac edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 917 min ABŞ dolları və ya 5,2 dəfə, həcm ifadəsində isə 3,2 min ton və ya 3,7 dəfə çoxdur.

Hesabat dövründə neft bitumunun ixracı Azərbaycanın ümumi ixracında 0,01% paya malik olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti