...

Gürcüstan 50-ə yaxın xarici vətəndaşı ölkədən deportasiya edib

Dünya xəbərləri Materials 18 Noyabr 2025 11:40 (UTC +04:00)
Gürcüstan 50-ə yaxın xarici vətəndaşı ölkədən deportasiya edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son bir neçə gün ərzində ölkədə miqrasiya qanunvericiliyini pozan 47 xarici vətəndaşı deportasiya edib.

Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, deportasiya edilənlər Banqladeş, Misir, Hindistan, İran, İordaniya, Kamerun, Keniya, Çin, Konqo, Kuba, Nigeriya, Nepal, Pakistan, Rumıniya, Rusiya, Sudan, Türkiyə, Türkmənistan, Şri-Lanka və Efiopiya vətəndaşlarıdır.

Onların ölkəyə girişinə qadağa qoyulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti