Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana 1,586 milyon ABŞ dolları dəyərində 3,838 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac olunub.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, ötən ilin eyni dövründə Gürcüstana sözügedən məhsulların ixracı qeydə alınmayıb.
Hesabat dövründə Gürcüstan Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 21-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 21 ölkəyə 10,8 milyard ABŞ dolları dəyərində 20,7 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib. Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə dəyər ifadəsində 1,9 milyard ABŞ dolları və ya 15%, həcm ifadəsində isə 182,6 min ton və ya 0,9% azdır.
Sözügedən məhsulların ixracı bu ilin ilk 10 ayının ixracına nisbətən 50,14% paya malik olub.
