...

Bəxtiyar Hacıyevin kassasiya şikayəti rədd edilib

Cəmiyyət Materials 18 Noyabr 2025 14:40 (UTC +04:00)
Bəxtiyar Hacıyevin kassasiya şikayəti rədd edilib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Qaçaqmalçıqlıqda, saxta sənədlərdən istifadə və başqa əməlləri törətməkdə təqsirləndirilən Bəxtiyar Hacıyevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Ali Məhkəmədə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Bəxtiyar Hacıyev 10 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamları ilə həbs olunub.

Ötən il ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) 213.1-ci (vergidən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti